Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

23:03 - 04 / 07 / 2017
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Bakıda yaşayış binasında yanğın olub.

1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner,  televizor və divan-kreslo yanıb. Yüksək temperaturdan  mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 m2 sahədə və hamamın lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

1news.az

Paylaş:
1004

Son xəbərlər

Bütün xəbərlər