Füzulidə həlak olan nənə və nəvə dəfn edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Füzulidə həlak olan nənə və nəvə dəfn edilib – FOTO

15:37 - 05 / 07 / 2017
Füzulidə həlak olan nənə və nəvə dəfn edilib – FOTO

Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan Quliyeva Sahibə İdris qızı və onun nəvəsi Quliyeva Zəhra Elnur qızı dəfn olunublar.

1news.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, hər iki şəxs kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Babək Cahandarov

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər