Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək

16:29 - 05 / 07 / 2017
Berlindəki Ermənistan səfirliyi önündə etiraz aksiyası keçiriləcək

İyulun 9-da Ermənistanın Almaniyadakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.

1news.az-a Dünya Azərbaycanlıları Assambleyası mətbuat xidmətindən verilən xəbərə görə,  aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək, bu günlərdə düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması və nəticədə ana və körpəsinin erməni gülləsindən vəfat etməsi barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.

Akiyada səsləndiriləcək şüarlar: “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”,  “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir”.

Mitinqlə bağlı icazə alman polisinə xəbərdarlıq məktubu bu gün təqdim ediləcəkdir.

Qeyd edək ki aksiya, aşağıdakı ünvanda və tarixdə keçiriləcək:

Tarix: 09.07.2017

Zaman: 15.00

Yer: Ermənistanın Berlindəki səfirliyinin qarşısı

Ünvan : Nußbaumallee 4, 14050 Berlin

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

S.Xankişiyeva

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər