Azərbaycan veteranları Ermənistan ordusunun növbəti qanlı cinayəti ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan veteranları Ermənistan ordusunun növbəti qanlı cinayəti ilə bağlı bəyanat yayıb

17:38 - 05 / 07 / 2017
Azərbaycan veteranları Ermənistan ordusunun növbəti qanlı cinayəti ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi ilə bağlı iyulun 5-də bəyanat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda deyilir:

“2017-ci il iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndi və digər istiqamətlərdə törətdiyi aramsız təxribatlar nəticəsində kənd sakinləri Sahibə Allahverdiyeva  və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmaları, Səlminaz Quliyevanın isə ağır yaralanması ölkə veteranlarının da haqlı qəzəbinə və ciddi narahatlığına səbəb olub.

Dərin təəssüflə bildiririk ki, Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadan cəbhə xəttində müntəzəm surətdə gərginlik yaratması, xüsusilə dinc sakinləri hədəfə almaq siyasəti illərdir davam edir. Təcavüzkar ölkənin hazırkı hərbi-siyasi rəhbərliyinin birbaşa diktəsi, hətta iştirakı ilə reallaşdırılan bu siyasətin acı nəticələri arasında Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı, Kərkicahan, Malıbəyli kimi kəndlərdə həyata keçirilən qanlı qırğınlar, işğal edilmiş 20 faizdən artıq ərazimiz vardır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərar və bəyanatlarına, dünya birliyinin israrlı çağırışlarına baxmayaraq, həmin ərazilər 25 ildən artıqdır ki, işğal altında saxlanılır. Lakin cəbhə xəttində törədilən qanlı təxribatlara görə məsuliyyət daşıyan Ermənistan rəhbərliyi utanmadan Azərbaycan tərəfini günahlandırmaqdan belə çəkinmir, beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Biz veteranlar ordusu XXI əsrdə ərazilərin qəsb olunmasına və təcavüzkarlığa əsaslanan siyasətə qəti etiraz edir, Azərbaycan torpaqlarının beynəlxalq səviyyəli sənədlərdə göstərildiyi kimi qeyd-şərtsiz işğaldan azad olunmasını tələb edirik. İkinci Dünya müharibəsində nasizm üzərində Qələbənin əldə olunmasında həyatlarını və sağlamlıqlarını əsirgəməyən insanların və onların varislərinin öz torpağında azad və firavan yaşamaq hüququna bütün dünya və beynəlxalq təşkilatlar hörmətlə, anlayışla yanaşmalıdırlar. Bu hüququn təmin olunması yollarından biri də bu gün Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərində işğalçı Ermənistanın törətdiyi təxribatların qarşısının alınmasına və işğalın aradan qaldırılmasına dünya birliyinin və müvafiq beynəlxalq təşkilatların göstərəcəyi təpki, obyektiv və birmənalı münasibətdir.

Azərbaycan veteranları son günlər cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində dinc sakinlərin, xüsusilə körpə uşaqların və qadınların həlak olmasını yolverilməz hesab edir, ATƏT-i və bütün beynəlxalq ictimaiyyəti, o cümlədən qanlı müharibələrdən keçmiş bütün ölkələrin veteranlarını bu cinayətləri qətiyyətlə pisləməyə və işğalçı qoşunların Azərbaycan ərazilərindən dərhal çıxarılmasını Ermənistandan tələb etməyə çağırır”.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

S.Xankişiyeva

 

Paylaş:
440

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər