İlham Əliyev: “Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır” | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: “Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır”

21:51 - 05 / 07 / 2017
İlham Əliyev: “Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır”

Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

1news.az

Paylaş:
1022

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər