Yağış yağacaq, bəzi rayonlara dolu düşəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

13:19 - 06 / 07 / 2017
Yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 7-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında        hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə  22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 7-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir. 

Babək Cahandarov

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər