Xarici KİV nümayəndələri və hərbi attaşelər 2 yaşlı Zəhranın və nənəsinin məzarını ziyarət ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici KİV nümayəndələri və hərbi attaşelər 2 yaşlı Zəhranın və nənəsinin məzarını ziyarət ediblər – FOTO

13:36 - 06 / 07 / 2017
Xarici KİV nümayəndələri və hərbi attaşelər 2 yaşlı Zəhranın və nənəsinin məzarını ziyarət ediblər – FOTO

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Alıxanlı kəndində həlak olmuş 2 yaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın qəbrini ziyarət ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Alxanlı kənd qəbiristanlığına gələn KİV nümayəndələri və diplomatlar nənə və nəvənin xatirəsinə ehtiramlarını bildiriblər.

Alıxanlı kəndin sakinləri qonaqlardan erməni vəhşilikləri və baş verən bu haqsızlıqları ali tribunalarda səsləndirmələrini xahiş ediblər.

“Qoy, dünya uşaq ölümünə göz yummasın”, - deyə sakinlər bildiriblər.

Qeyd edək ki, TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər xarici KİV nümayəndələri, eləcə də, ABŞ, Rusiya Federasiyası, Pakistan İslam Respublikası, Çin Xalq Respublikası, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin diplomatları da daxil olmaqla, 12 dövlətin 15 hərbi attaşesinin Alxanlıya səfəri təşkil olunub.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.  1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Babək Cahandarov

Paylaş:
628

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər