Nazirlik istehlakçılara müraciət edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazirlik istehlakçılara müraciət edib

17:20 - 06 / 07 / 2017
Nazirlik istehlakçılara müraciət edib

İqtisadiyyat Nazirliyi istehlakçılara müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, istehlakçı hüquqlarının qorunmasında istehlakçı fəallığı mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə, malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyyə edir.

İstehlakçılardan saxlama müddəti ötmüş malların satışı, malların saxlanılması şəraitinə əməl olunmaması, ümumilikdə ticarət qaydalarının pozulması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və “Facebook” səhifəsi vasitəsi ilə  İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və  www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Hüquqlarınızı tələb edin. Bu sizin haqqınızdır.

Babək Cahandarov

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər