Sabah Xətai rayonunun bir hissəsində qaz kəsiləcək

Sabah saat 10:00-dan etibarən Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
“Azəriqaz” İB-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məhduidiyyətlər “Qaz İxrac” İdarəsinin balansında olan “Qum-adası-Qazanlar QPS” magistral qaz kəmərlərinin 11-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədardır və buna görə də “Əhmədli” Qazpaylayıcı stansiyasından qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İB-yi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.
1news.az
947