İyun ayında 3 ədəd tank və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İyun ayında 3 ədəd tank və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

20:43 - 06 / 07 / 2017
İyun ayında 3 ədəd tank və 2 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin iyun ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçən ay ərzində 1 614 532 m2 (161.45 Ha) ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Aparılmış əməliyyatlar nəticəsində 418 ədəd PHS, 3 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina (cəmi 432 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Bu ilin iyun ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

Məlumata görə, indiyədək cəmi 404 013 293 m2 (40 401.33 Ha) ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 407 -dür.

İyun ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng Mərkəzindən 3 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 10 müraciət və Qazax Rayon İcra Hakimiyyətindən 1 müraciət daxil olub.

İyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam,  Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

1news.az

Paylaş:
483

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər