Qaradağda “Shacman”la “Daewoo” toqquşub: ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda “Shacman”la “Daewoo” toqquşub: ölən var

10:42 - 06 / 07 / 2017
Qaradağda “Shacman”la “Daewoo” toqquşub: ölən var

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər