Bakıda həkim bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda həkim bıçaqlanıb

13:34 - 07 / 07 / 2017
Bakıda həkim bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Ə.Yusifov xəstəxanaya yerləşdirilib, ona xəsarət yetirən A.Hüseynov isə Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Babək Cahandarov

Paylaş:
791

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər