Azay Quliyev ATƏT PA-da çağırış edib: “Körpə qatilləri cəzalandırılmalıdır” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azay Quliyev ATƏT PA-da çağırış edib: “Körpə qatilləri cəzalandırılmalıdır” - VİDEO

14:02 - 07 / 07 / 2017
Azay Quliyev ATƏT PA-da çağırış edib: “Körpə qatilləri cəzalandırılmalıdır” - VİDEO

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini bilərəkdən hədəfə alması, xüsusilə də bu yaxınlarda 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz haldır. Biz, parlamentarilər olaraq bu “körpə qatillərini” şiddətlə qınayıb onların layiq olduqları cəzanı almalarını tələb etməliyik ki, onlar etdiklərindən ruhlanıb öz cinayətlərini gələcəkdə də davam etdirməsinlər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikriləri ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinə təqdim olunan hesabat layihəsi haqqında çıxışı zamanı bu qurumun vitse-prezidenti Azay Quliyev deyib.

“Hər birimizə aydın olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları münaqişənin kökündə duran əsas məsələdir. Ermənistan xalqı öz müqəddəratını təyin etmək və bərbərlik hüququ kimi nəcib prinsipləri öz xeyrinə təhrif edərək Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını və işğal olunmuş əraziləri özünə birləşdirmək niyyətini gizlətmək istəyir. Buna görə də, ümumi prinsiplərin bu cür sui-istifadəsinə

Assambleyanın imkan verməməsi yüksək əhəmiyyət daşıyır. Öz müqəddəratını müəyyən etmək hüququnun mənası və əhatə çərçivəsi beynəlxalq hüququn müvafiq sənədlərində aydın formada göstərilir. Xüsusən də, Helsinki Yekun Aktında qeyd olunur ki, öz müqəddəratını təyin etmək hüququ yalnız dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq həyata keçirilə bilər”.

Babək Cahandarov

Paylaş:
882

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər