Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının “Yay hüquq məktəbi”nin açılışı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının “Yay hüquq məktəbi”nin açılışı olub – FOTO

14:38 - 07 / 07 / 2017
Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının “Yay hüquq məktəbi”nin açılışı olub – FOTO

İyulun 7-də Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, iyulun 12-dək davam edəcək “Yay hüquq məktəbi” ölkəmizdə fəaliyyət göstərən yerli hüquq mərkəzlərinin dəstəyi ilə təşkil olunur.

Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Vüsal Hüseynov, Bakı Hüquq Mərkəzinin partnyoru Mətin Əsgər, “ASAN xidmət”-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Hümbətov və ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin prezidenti Məhəmməd İsmayılov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

V.Hüseynov ELSA təşkilatının fəaliyyəti ilə tanış olduğunu, müsbət qiymətləndiriyini və belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi.  Tədbirin iştirakçılar üçün yalnız hüquqi biliklər deyil həmçinin ölkəmizi daha yaxından tanımaları üçündə yaxşı imkan olmasını qeyd etdi və belə tədbirlərini davamlı olmasını təşkilat üzvlərinə tövsiyə etdi. Çıxışında həmçinin ölkəmizin müstəqillik yolu, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və hüquq islahatları barədə məlumat vermişdir.

“ASAN xidmət”in məsul əməkdaşı beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Hümbətov ölkəmizdə dövlət xidmətlərini göstərilməsi sahəsdinə həyata keçirilən islahatlar və Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların əhaliyə keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyəti barədə məlumat verib.

Tədbirdə, həmçinin qeyd olunub ki, “Yay hüquq məktəbi” Azərbaycan ilə yanaşı, Avropanın 30 ölkəsindən 75 gənc hüquqşünas tələbənin iştirakı ilə keçirilir. Yay məktəbində azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar tədris ediləcək, son zamanlar ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, eləcə də məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirlər müzakirə olunacaq. Həmçinin iştirakçıların Milli Məclisə, Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçıların Heydər Əliyev Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Xalça Muzeyinə, Qız qalasına ziyarətləri təşkil ediləcək.

Qeyd olunub ki, beynəlxalq “Yay hüquq məktəbi”nin təşkili azərbaycanlı və xarici hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakını təmin edəcək.

Həmçinin diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyəti nəticəsində ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Təşkilatın dəstəyi ilə azərbaycanlı hüquqşünas tələbələr xaricdə təcrübə keçiblər.

Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır.

Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.

S.Xankişiyeva

Paylaş:
1164

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər