Çətənə kolu yetişdirən Saray və Şəki sakinləri tutulublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Çətənə kolu yetişdirən Saray və Şəki sakinləri tutulublar

16:37 - 07 / 07 / 2017
Çətənə kolu yetişdirən Saray və Şəki sakinləri tutulublar

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsləri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Abşeron RPİ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakini Məzahir Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Bundan başqa Şəki ŞRPŞ əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oxud kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhmədiyə Salamov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Babək Cahandarov

Paylaş:
741

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər