“ISMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimatı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ISMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimatı olub – FOTO

17:10 - 07 / 07 / 2017
“ISMA BİKES” velosipedlərinin yeni modellərinin təqdimatı olub – FOTO

İyulun 6-da “Park Bulvar” AVM-də Azərbaycanın ilk milli velosiped brendi “İSMA BİKES”ın yeni modellərinin təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə dövlət və hökümət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, peşəkar və həvəskar velosipedçilər, həmçinin velosiped satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Təqdimat mərasimi İsmayıllı Velosiped Zavodunun fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı. Qeyd edək ki, “İSMA BİKES” velosipedlərinin istehsal olunduğu İsmayıllı Velosiped Zavodu bir neçə ay əvvəl fəaliyyətə başlayıb və zavodun açılışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev şəxsən iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir və yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.

İllik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal edib və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb.

İsmayıllı Velosiped Zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group”un tərkibində fəaliyyət göstərir və şirkətin icraçı direktoru İsmayıl Süleymanov öz çıxışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində istifadəyə verilən İsmayıllı Velosiped Zavodunda çalışanların böyük əksəriyyətinin rayon sakinləri olduğunu vurğuladı. O, zavod məhsullarının “MADE İN AZERBAİJAN” brendi ilə istelsal olunduğunu deyərək bunun təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirdi.

“Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa idmançı sayının artmasına da təkan verəcək” - deyən Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov bildirdi ki, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və belədə idman nəticələrinin artması da özünü çox gözlətməyəcək.

Son illər velosipeddən ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi istifadə hallarının artdığına toxunan S. Ələkbərov bunun insanların, xüsusilə gənclərin sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını bildirdi və yaxın gələcəkdə yeni velosiped yollarının salınması təcrübəsinin geniş yayılmasının vacibliyini də vurğuladı.

Tədbir iştirakçılarına məlumat verildi ki, “İSMA” markalı velosipedlər bazara hələ yeni çıxsa da, artıq özünə çoxsaylı alıcı tapıb. Məsələn, Azərbaycan Velosiped İdmanı Federasiyası ilə olduqca sıx əməkdaşlıq edən, “Olympic Moves Azerbaijan” hərəkatına yaxından dəstək verən, dünyanın ən məşhur brendlərindən olan “Coca-Cola” şirkəti ilə İsmayıllı Velosiped Zavodu arasında artıq 200 ədəd “İSMA” velosipedinin alınması ilə bağlı müqavilə imzalanıb. Bakı ilə İsmayıllıdan əlavə, Bərdədən və Lənkərandan olan iş adamları da bu zavodun məhsullarını almaq barədə razılığa gəliblər.

Daha sonra İsmayıllı Velosiped Zavodunun direktoru Elçin Qəhrəmanov istehsal prosesi, bazara çıxarılan yeni velosipedlər barədə ətraflı məlumat verərək qonaqları yeni modellərlə tanış etdi.

Qeyd edək ki, yeni “İSMA BİKES” velosipedləri iyulun 12-dək “Park Bulvar” AVM-də sərgilənəcək.

Babək Cahandarov

Paylaş:
1772

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər