İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi mətbuat açıqlaması yayıb | 1news.az | Xəbərlər
Siyasət

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi mətbuat açıqlaması yayıb

17:42 - 07 / 07 / 2017
İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi mətbuat açıqlaması yayıb

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi  Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, mülki şəxslərin öldürülməsi ilə bağlı mətbuat açıqlaması verib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, açıqlamada Ermənistan dövlətinin Xocalı faciəsi da daxil olmaqla bir çox qanlı təxribatlar törətdiyini qeyd edib və bildirib ki, bu faciə Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ortaya qoyur.

Mətbuat açıqlamasında Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində  1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsi qəti şəkildə pislənib, Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin regionda sabitliyə mənfi təsir etdiyi vurğulanıb.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi  dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb.

S.Xankişiyeva

Paylaş:
843

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər