Elmar Məmmədyarov Qırğızıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Qırğızıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

19:56 - 07 / 07 / 2017
Elmar Məmmədyarov Qırğızıstan səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən 1news.az-a verilən məlumata görə, səfir Aycigit Buranov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Elmar Məmmədyarov Aycigit Buranova gələcək fəaliyyətində uğurlar arzulayıb.

1news.az

Paylaş:
1064

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər