Əcnəbi tələbələr Zəhra üçün ədalətli mühakimə tələb edirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbi tələbələr Zəhra üçün ədalətli mühakimə tələb edirlər

12:50 - 07 / 07 / 2017
Əcnəbi tələbələr Zəhra üçün ədalətli mühakimə tələb edirlər

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbənin Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət  yazıb.

1news.az Təhsil Nazirliyin istinadla müraciti diqqətinizə çatdırır:

“Biz - Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Səlminaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq.

Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtı ilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı.

Eyni zamanda kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgə yaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.

Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək.

Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik:

  1. Dettmann Tim Ferdinand                  Almaniya Azərbaycan Dövlət İqtisad Universiteti
  2. Cahanger S.M. Rashed                     Banqladeş Azərbaycan Dövlət İqtisad Universiteti
  3. Fayehun Tomiva Samuel                   Nigeriya Azərbaycan Dövlət İqtisad Universiteti
  4. Ebrima Gomez                                 Qambiya Azərbaycan Dövlət İqtisad Universiteti
  5. Shmidt Janna Alibekovna                  Qırğızstan Azərbaycan Dövlət İqtisad Universiteti
  6. Tinodashe Shoho Garreth                  Zimbabve Azərbaycan Dövlət İqtisad Universiteti
  7. Hakimova Parvina Hakimcan              Tacikistan zərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  8. Akar Sinan Can Mehmet                    Türkiyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  9. Max Elmar Ali-zade                            Böyük Britaniya Azərbaycan Dövlət Neft və Sənaye Universiteti    
  10. Ying Ding                                         Çin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti           
  11. Guoqing Zhang                                 Çin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti           
  12. İbrahim Halil Yentur Ahmet                Türkiyə  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti    
  13. Elina Mourantova                              Yunanıstan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti           
  14. Kanu Abass Bomboli                          Syerra Leone  Azərbaycan Memarlıq və İnşaat Universiteti
  15. Belorus Tatyana İvanovna                  Ukrayna  Azərbaycan Memarlıq və İnşaat Universiteti
  16. Bhatti  Muhammad N.                        Pakistan Azərbaycan Texniki Universiteti
  17. K.M Mamun                                      Banqladeş Azərbaycan Texniki Universiteti
  18. Mahmood Athar Azhar                       Pakistan Bakı Dövlət Universiteti
  19. Stiniguta-Laslo Ella   Petruta               Rumıniya Bakı Dövlət Universiteti

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!

Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ

S.Xankişiyeva

Paylaş:
901

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər