Gəncədə gül mağazasına basqın edərək satıcıları döyüblər – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə gül mağazasına basqın edərək satıcıları döyüblər – VİDEO

14:21 - 10 / 07 / 2017
Gəncədə gül mağazasına basqın edərək satıcıları döyüblər – VİDEO

İyulun 3-də Gəncədəki “Ağ çiçəyim” gül mağazasına hücum olub. 

1news.az-ın Azxeber.com-a istinadən verdiyi xəbərə görə, şəhərin Şeyx Bahəddin küçəsindəki gül mağazasına bir neçə nəfər daxil olaraq orada olan gülləri dağıdıblar və işçilər, 1973-cü il təvəllüdlü Seyidov İsgəndər və onun qardaşı 1976-cı il təvəllüdlü Seyidov Anara ağır bədən xəsarətləri yetiriblər.

Hadisənin təfərrüatları da məlum olub. Məlumata görə, satıcını döyən şəxs Gəncə şəhərində yerləşən keçmiş Dinamo cəmiyyətinin sədri Namiq Əliyevin qardaşı oğlu Bəşir adlı şəxs olub. O başına 10-a yaxın gənci yığaraq mağazaya basqın edib və küt alətlə satıcını döyüb. Nəticədə satıcı olan qardaşlardan birinin qabırğası sınıb, beyni silkələnib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş tutduğu da məlum olub. Sakinlərin iddiasına görə, Bəşir adlı şəxs həmin ərazinin özünə məxsus olduğunu və orada istədiyi hər şeyi edə biləcəyini deyib. Məlumata görə, Bəşir 24 saat çalışan mağazaya gecə vaxtı gələrək, işçilərlə zarafatlaşır və onları mütəmadi olaraq təhqir edib. Məsələni bilən mağazanın müdiri bu haqda Bəşirlə söhbət edib və bu hərəkətin doğru olmadığını deyib. Satıcıların ondan şikayət etməsi Bəşirin xoşuna gəlməyib və ertəsi gün 10 dostu ilə mağazaya basqın edib və ondan şikayət edən satıcını döyüb. 

Sakinlərin dediyinə görə, Bəşir adlı şəxs və əmisi Namiq Əliyev həmin ərazidə "Ağ çiçəyim" dükanının açılmasına ilk gündən razı olmayıblar. 

Qeyd edək ki, məsələ ilə bağlı hələ ki, saxlanılan və ya həbs olunanlarla bağlı rəsmi açıqlama yoxdur.

Mağazaya basqının videosunu təqdim edirik:

Babək Cahandarov

Paylaş:
1209

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər