Keçmiş məhkum döyülərək öldürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş məhkum döyülərək öldürülüb

16:40 - 10 / 07 / 2017
Keçmiş məhkum döyülərək öldürülüb

İyulun 9-da Kəpəz rayonunun A.Səhhət küçəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Orucovun üzərində zorakılıq əlamətləri olan (döyülmə xarakterli) meyiti tapılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi, Kəpəz RPİ və Gəncə şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Eldəniz Məmmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Babək Cahandarov

Paylaş:
1045

Son xəbərlər

Bütün xəbərlər