Məhkəmə Eldar Mahmudovun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə Eldar Mahmudovun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib

17:11 - 10 / 07 / 2017
Məhkəmə Eldar Mahmudovun barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərib

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə idarənin sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun barəsində verilən hökmdə bildirilib. Hökmdə göstərilib ki, zərərçəkmişlərin şikayəti əsasında Eldar Mahmudov və Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.

Babək Cahandarov

Paylaş:
1040

Son xəbərlər

Bütün xəbərlər