Səfir: "Dinc insanların qətlə yetirilməsi cinayətdir"
Füzulinin Alxanlı kəndində ermənilərin dinc əhalini qətlə yetirməsi cinayət aktıdır. Biz bu hadisəni qınayırıq.
Bunu 1news.az-a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.
O təəssüf edib ki, dinc insanlar, o cümlədən uşaqlar dünyada davam edən münaqişələrin qurbanına çevrilir:
“Bizim ölkəmizdə də belə hallar baş verir. Məsələn, son iki ayda hindistanlılar tərəfindən Kəşmirdə 150 nəfərdən çox mülki insan öldürülüb. Bütün dünya bu məsələyə öz münasibətini bildirməlidir.
Pakistan Xarici İşlər Nazirliyi Alxanlıda baş verən hadisə ilə bağlı bəyanat verdi və həmin bəyanatda da mülki insanların qətlə yetirilməsi qınanıb”.
Pərvanə Sultanova
1175