Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib – FOTO – VİDEO

11:36 - 10 / 07 / 2017
Rusiyadan alınan döyüş texnikası və sursatların növbəti hissəsi ölkəmizə gətirilib – FOTO – VİDEO

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

Babək Cahandarov

Paylaş:
1288

Son xəbərlər

Bütün xəbərlər