Məleykə Abbaszadə: “Çox vaxt bu məlumatların arxasında başqa faktlar dayanır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə: “Çox vaxt bu məlumatların arxasında başqa faktlar dayanır”

12:21 - 10 / 07 / 2017
Məleykə Abbaszadə: “Çox vaxt bu məlumatların arxasında başqa faktlar dayanır”

“Biz çox vaxt görürük ki, dövlət qulluqçularının reyestrinə daxil edilən məlumatların arxasında başqa faktlar dayanır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, dövlət qulluqçularının reyestrinə məlumatlar daxil edilməsə, bu işə məsul şəxslər cərimələnəcək:

“Məlumatlar reyestrə düzgün daxil edilməsə, cərimələr mütləq olacaq. İnzibati Xətalar Məcəlləsində Dövlət Qulluqçuları Reyestrinə məlumatın vaxtında, tam və ya düzgün verilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir”.

Babək Cahandarov

 

Paylaş:
1061

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər