XİN: Ciddi və nəticə yönümlü danışıqların aparılması əsas müzakirə mövzusu olacaq | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ciddi və nəticə yönümlü danışıqların aparılması əsas müzakirə mövzusu olacaq

13:15 - 11 / 07 / 2017
XİN: Ciddi və nəticə yönümlü danışıqların aparılması əsas müzakirə mövzusu olacaq

ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Bu barədə 1news.az-a  Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq.

Pərvanə Sultanova

Paylaş:
1252

Son xəbərlər

Bütün xəbərlər