Rasim Musabəyov: Rusiyadan izahat tələb olunmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Rusiyadan izahat tələb olunmalıdır

14:51 - 11 / 07 / 2017
Rasim Musabəyov: Rusiyadan izahat tələb olunmalıdır

Məlum olduğu kimi Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı sərhəd idarəetmə bölməsi və Ermənistanın sərhəd qoşunları İrandan tanınmamış “Dağlıq Qarabağ Respublikası”na (Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunmuş əraziləri) keçməyə cəhd göstərən qanun pozucularının qarşısının alınması üçün birgə ssenari işləyib hazırlayıblar.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Şurasının sərhəd idarəetmə xidmətindən məlumat veriblər. Məlumata görə, güc və qüvvələrin uzlaşdırılmasının yüksəldilməsi məqsədilə Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəetmə xidməti və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Meqridə yerləşən sərhəd qoşunlarının iştirakı ilə “Atışmaların baş verdiyi istiqamətlərdə sərhəd axtarışlarının aparılması” mövzusunda birgə təlimlər keçirilib.

Məsələni şərh edən millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Rusiya sərhədçiləri Ermənistanın xarici sərhədlərini qoruyur. Onun sözlərinə görə, Ermənistan-İran sərhədində Meğri sərhəd bölməsi var və orda rusiyalı sərhədçilər dayanır:

“Lakin belə olan halda artıq söhbət Ermənistan ərazisindən deyil, işğal olunmuş Dağlıq Qarabağdan gedir. Onlar belə bir variant işlədir ki, sərhəd pozucusu Ermənistana gəlir, ordan isə Azərbaycanın işğal edilmiş torpaqlarına. Əgər ssenariyə görə, sərhədi pozan rusiyalı sərhədçilərin nəzarəti altında olan Ermənistan-İran sərhədindən- Meğri bölməsindən keçib, işğal edilmiş ərazilərə doğru hərəkət edib,  orda gizlənirsə, onlar  təbii ki, həmin şəxsi təqib edir”.

Millət vəkili əlavə edib ki, əgər bu hərəkətlər rusiyalı sərhədçilərin işğal edilmiş ərazilərdə hər hansı fəaliyyətinə səbəb olacaqsa, Rusiya tərəfindən izahat tələb olunmalıdır:

"Əgər burada Azərbaycanın işğal edimiş ərazilərinə gediş İrandan Araz çayı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulursa  və Rusiya sərhədçiləri bununla məşğul olursa, buna etiraz etmək lazımdır. Lakin etiraza qədər Rusiya tərəfindən rəsmi izahat tələb edilməlidir.

Cavabın bizi razı salmasından asılı olaraq isə öz münasibətimizi bildirməliyik. Bu halda Rusiya tərəfi Azərbaycanı məlumatlandırmadan ölkənin qanunlarını və sərhədlərini pozur”.

“Bu, Rusiyanın qondarma “DQR”in müstəqilliyini tanıması anlamına gəlir?”-sualına cavab olaraq R.Musabəyov deyib ki, heç bir tanınmadan söhbət gedə bilməz.

“Bu, o deməkdir ki, Rusiya Azərbaycana məlumat vermədən özbaşına ölkəmizin ərazisində fəaliyyətlə məşğuldur. Bizim razılığımız olmadan  onların Azərbaycanın İranla sərhədində belə aktlar həyata keçirmək hüquqları yoxdur ".

Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, məlumat araşdırılır, Rusiyanın Bakıdakı səfirliyi isə yalnız e-poçt vasitəsilə rəsmi sorğu aldıqdan sonra müraciətə cavab veilə bilər.

P.Sultanova

 

Paylaş:
972

Son xəbərlər

Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31
Bütün xəbərlər