Lavrov və Nalbandyan Avstriyada görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Lavrov və Nalbandyan Avstriyada görüşüb

15:28 - 11 / 07 / 2017
Lavrov və Nalbandyan Avstriyada görüşüb

Rusiya və Ermənistan XİN rəhbərləri bu gün Avstriyanın Mauerbax şəhərində görüşüblər.

1news.az-ın məlumatına görə, Sergey Lavrov və Edvard Nalbandyanın görüşü bağlı qapılar arxasında keçirilib.

Qeyd edək ki, bu gün Mauerbaxda ATƏT ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçirilir.

1news.az

 

Paylaş:
822

Son xəbərlər

Bütün xəbərlər