Bakıda “Herbalife” şirkətinin ən çox satılan məhsulu – “Formula 1” protein kokteylinin təqdimatı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Herbalife” şirkətinin ən çox satılan məhsulu – “Formula 1” protein kokteylinin təqdimatı keçirilib – FOTO

15:20 - 11 / 07 / 2017
Bakıda “Herbalife” şirkətinin ən çox satılan məhsulu – “Formula 1” protein kokteylinin təqdimatı keçirilib – FOTO

Bakıda “Herbalife” şirkətinin Azərbaycanın media nümayəndələri üçün təşkil etdiyi və sağlam qidalanmaya həsr olunmuş tədbir keçirilib.

“Herbalife” şirkətinin balanslaşdırılmış qidalanma üzrə mütəxəssisi Alla Şilina balanslaşdırılmış qidalanma və şirkətin ən çox satılan məhsullarına dair təqdimatla çıxış edib və ələlxüsus da “Formula 1” protein kokteylinin tərkibi, faydalı xüsusiyyətləri və üstünlükləri barədə qonaqlara ətraflı məlumat verib.

Tədbir zamanı şirkətin mütəxəssisi media nümayəndələrinin suallarını cavablandırıb, sağlam həyat tərzi sürən zaman balanslaşdırılmış səhər yeməyinin əhəmiyyəti, düzgün qidalanma və çəkiyə nəzarətin xüsusiyyətləri haqqında danışıb, eyni zamanda, qonaqlar üçün fərdi sağlam rasion proqramları tərtib edib.

Alla Şilina qeyd edib ki, “Herbalife” şirkətinin məhsulları qida rasionunu balanslaşdırmağa kömək edir və “Herbalife”ın dünyada ən çox satılan məhsulu və eyni zamanda, çəkinin azaldılması üçün nəzərdə tutulmuş məhsullar kateqoriyasında 1 nömrəli məhsulu sayılan məhz “Formula 1” protein kokteylidir ki, bu kokteyl özündə lazımi bütün qida maddələrinin balanslaşdırılmış kombinasiyasından, yəni təbii zülal, sellüloz və 20-dən çox həyati vacib vitamin və minerallardan ibarətdir.

“Formula 1” protein kokteyli – tam və balanslaşdırılmış qida qəbulu hesab olunur. Kokteylin bir porsiyasına 17 qr zülal, 20-dən çox faydalı vitamin və minerallar, minimal sayda yağlar, eyni zamanda, faydalı sellüloz və təxminən cəmi 200 kkal (250 ml 1,5%-lik südü nəzərə alsaq) enerji dəyəri daxildir.

Azkalorili qidalanma rejiminə riayət edilən zaman yadda saxlanmalı ən vacib məsələ odur ki, insan orqanizminin sağlam qalması üçün onu vacib nutriyenlərlə qidalandırmaq lazımdır və bütün bunlar sözügedən kokteylin tərkibində mövcuddur.

İçkinin hazırlanması cəmi 2 dəqiqə vaxt alır, onun tərkibindəki maddələr isə çəkiyə rahat şəkildə nəzarət etməyə imkan verən toxluq hissini uzun müddət saxlamağa kömək edir. 3 fərqli və ləziz dad – şokolad, fındıq və vanil hər gün müxtəlif səhər yeməklərini hazırlamağa imkan verir və gün ərzində iştaha nəzarət etməyin ən yaxşı vasitəsidir.

“Formula 1” protein kokteyli ilə adi mətbəx kulinar yaradıcılıq meydanına çevrilir. Cəmi bir neçə sadə inqrediyent əlavə etməklə qeyri-adi kokteyl hazırlayın və gümrahlıq hissi bütün gün ərzində sizi müşayiət edəcək. 

Aşağıda ideal səhər yeməyi üçün “Formula 1” kokteylinin çoxsaylı hazırlanma reseptlərindən biri qeyd olunub:

Gavalılı vanil (323 kkal) – artırılmış zülal porsiyalı kokteyl

İnqrediyentlər:

2 x/q “Formula 1” – Vanil

300 ml süd (1,5% yağlılıq)

1 x/q yağsızlaşdırılmış kəsmik

325 qr gavalı

Hazırlanma qaydası:

1. Süd, kəsmik, gavalı və “Formula 1” tozunu blenderə əlavə edin.

2. Kokteyli 5 saniyə olmaqla 2 dəfə qarışdırın.

3. Daha qatı kokteyl üçün onu bir az daha çox qarışdırın.

“Herbalife” şirkəti haqqında:

“Herbalife” – sağlam həyat tərzi sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin əsası 1980-ci ildə Los-Anceles şəhərində qoyulmuşdu və hazırda “Herbalife” məhsulları dünyanın 90-dan çox ölkəsində Müstəqil Partnyorlar tərəfidən yayılmaqdadır.

“Herbalife” yüksək keyfiyyətli məhsulları hazırlayıb təqdim etməklə və balanslaşdırılmış qidalanmaya fərdi yanaşma ilə insanlara artıq çəki və zərərli qidalanma vərdişlərilə mübarizə aparmağa kömək edir və bununla da istifadəçiləri sağlam qidalanma vərdişlərini yaratmağa, çəkiyə nəzarət etməyə və fəal həyat tərzi sürməyə ilhamlandıran atmosfer yaradır.

Hazırda şirkətin işçi heyəti bütün dünyada 8 min əməkdaşdan artıqdır; şirkətin səhmləri Nyu-York fond birjalarında sövdələşirlər (NYSE: HLF), şirkətin 2015-ci ildə xalis satış həcmi isə 4,5 milliard ABŞ dolları təşkil edib. Ətraflı məlumat almaq üçün Herbalife.com və ya IAmHerbalife.com saytlarına daxil olun.

Reklam hüququnda

Paylaş:
8930

Son xəbərlər

AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41
Bütün xəbərlər