Məmmədyarov və Nalbandyan Brüsseldə görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov və Nalbandyan Brüsseldə görüşəcək

12:27 - 11 / 07 / 2017
Məmmədyarov və Nalbandyan Brüsseldə görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Brüsseldə görüşəcəklər.

1news.az  “armenpress”ə istinadən xəbər verir ki, bunun Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində bir araya gələcəkləri barədə məlumat yayılmışdı.

Pərvanə Sultanova

 

 

Paylaş:
951

Son xəbərlər

Bütün xəbərlər