Dağlıq Qarabağda hərbi maşın qəzaya uğrayıb, xeyli yaralı var | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağda hərbi maşın qəzaya uğrayıb, xeyli yaralı var

16:08 - 12 / 07 / 2017
Dağlıq Qarabağda hərbi maşın qəzaya uğrayıb, xeyli yaralı var

Ötən gün axşam saatlarında Dağlıq Qarabağda növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb.

1news.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.

V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.

V.Qriqoryanın sözlərinə görə hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.

1news.az

 

Paylaş:
943

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər