Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşları təltif olunublar
Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı əməkdaşlar təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Mirzə-zadə Pərvin Xəyyam oğlu
Şərifov Samir Ənvər oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Əliyev Fuad Rəcəb oğlu
Mərdəliyev Seymur Qurban oğlu
Şıxəliyev Əşrəf Fərhad oğlu
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə
Əlimərdanov Mütəllim Hafiz oğlu
Lütfəlizadə Ülkər Azər qızı
Məmmədov İlham Nəriman oğlu
Rzayev Ruslan Novruz oğlu
Sultanov Aslan İmamverdi oğlu
Zeynalova Könül Dilavər qızı”
1news.az