XİN: "2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb"
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul tarixində Brüsseldə keçirilmiş görüşü barədə açıqlama verib.
1news.az xəbər verir ki, o deyib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib:
“Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.
Görüş əsansında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.
Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayib.
Pərvanə Sultanova