“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

13:42 - 13 / 07 / 2017
“Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin qaliblərinin adı məlum olub.

1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “2 Fevral – Gənclər Günü”ndə elan etdikləri müsabiqənin nəticələri bu gün Elmin İnkişafı Fondunun ofisində keçirilmiş mükafatlandırma mərasimində açıqlanıb.

Birgə müsabiqə komissiyasının rəyinə əsasən, maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı elmi işlər 3 nominasiya üzrə diplom və pulla mükafatlandırılıb:

I yer – Vüqar Məmmədzadə və Samir Ağayev, 1500 manat

II yer – Murad Hacıyev, 1000 manat

III yer – Nurlanə Kərimova və Yaşar Dəmirov (hər biri 500 manat)

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artırılması, maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş elmi əsərlərin meydana çıxması, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və onların aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və elmi fəaliyyətin stimullaşdırılmasıdır.

“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə təqdim olunan məqalələr ölkənin iqtisad elmi sahəsində maliyyə maarifləndirilməsi istiqamətində aparılan ilk elmi işlərdir. Bu istiqamətdə elmi tədqiqat işlərinin aparılmasını stimullaşdırmaq üçün Elmin İnkişafı Fondu gələcəkdə də bənzər müsabiqə və tədbirlər keçirməyi planlaşdırır.

Babək Cahandarov

Paylaş:
818

Son xəbərlər

Bütün xəbərlər