Stefan Mayer: Dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır | 1news.az | Xəbərlər
Siyasət

Stefan Mayer: Dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

16:10 - 13 / 07 / 2017
Stefan Mayer: Dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadının və onun ikiyaşlı nəvəsinin qətlə yetirilməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış edib.

1news.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.

Sovet İttifaqının süqutu zamanı Ermənistan və Azərbaycan arasında mütəmadi olaraq zorakılıq halların baş verdiyini bildirən Stefan Mayer qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi iki ölkənin silahlı qüvvələri arasında qanlı döyüşlərə səbəb olub. Bəyanatda deyilir: Bu münaqişə hər iki tərəf üçün köçkün axınının yaranması və minlərlə günahsız insanın ölümü ilə yadda qalıb. Bu qanlı savaşda iyirmi beş minə yaxın insan həlak olub, bir milyona yaxın dinc sakin isə didərgin düşüb. Müharibə nəticəsində Ermənistan nəinki Dağlıq Qarabağı, həmçinin ətrafdakı yeddi rayonu işğal edib. 1993-cü ildə Azərbaycan ərazisinin bir hissəsinin hərbi işğalı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən pislənilib. Almaniya Federativ Respublikası tərəfindən dəstəklənən bu tələb indiyədək qüvvədədir.

Stefan Mayer vurğulayıb ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyır. Avropa İttifaqı və Almaniya bu münaqişənin yalnız sülh yolu ilə həll ola biləciyinə əmindirlər. 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş parlament seçkiləri nə Avropa İttifaqı, nə də Almaniya tərəfindən tanınıb. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində fəaliyyət göstərən Minsk Qrupu 1992-ci ildən bu günədək regionda sülh yaratmağa çalışır. Dağlıq Qarabağın işğalı beynəlxalq hüquq üzrə öhdəlikləri pozur. BMT Xartiyasının II maddəsinin 3 və 4-cü bəndlərinə əsasən, bütün ölkələr öz aralarındakı mübahisələri elə həll etməlidir ki, beynəlxalq hüquq, təhlükəsizlik və ədalət prinsipləri pozulmasın. BMT-nin hər bir üzvü digər ölkənin ərazi bütövlüyünə təhlükə altına ala biləcək və təşkilatın məramına zidd hərəkətlərdən çəkinməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər öz vətənlərinə qayıtmalıdırlar.

2012-ci ildə Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsinin 20 illiyinə həsr olunmuş toplantıda CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu münaqişənin həlli yollarına dair müzakirələr keçirib və öz təkliflərini verib. Bundestaq deputatının fikrincə, münaqişənin sülh yolu ilə həlli və münasibətlərin normallaşması bütün regionda sosial və iqtisadi impulslar yaradacaq. Bu baxımdan Almaniya Bundestaqında fəaliyyət göstərən CDU/CSU parlament qrupunun xarici əlaqələr üzrə işçi qrupu, BMT, NATO və ATƏT kimi qurumlar münaqişə tərəflərinə bir daha müraciət edərək Dağlıq Qarabağ məsələsinin həlli üçün səyləri artırmağa çağırıblar. Tərəflər arasında aparılan danışıqlarda ilk növbədə təmas xəttinə yaxın ərazidə yaşayan dinc sakinlərin təhlükəsizlik məsələləri müzakirə predmetinə çevrilməli və öz həllini tapmalıdır.

Babək Cahandarov

Paylaş:
793

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər