Elman Abdullayev: Artıq bir neçə beynəlxalq təşkilat və ölkə Ermənistanın bu qeyri-insani addımını qınayır | 1news.az | Xəbərlər
Siyasət

Elman Abdullayev: Artıq bir neçə beynəlxalq təşkilat və ölkə Ermənistanın bu qeyri-insani addımını qınayır

16:52 - 13 / 07 / 2017
Elman Abdullayev: Artıq bir neçə beynəlxalq təşkilat və ölkə Ermənistanın bu qeyri-insani addımını qınayır

Efiopiyanın aparıcı yayım korporasiyası olan EBC-nin 104.7 FM radio dalğasında 4 iyul 2017-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması və bunun nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsinə dair məlumat verilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, radionun xəbərlər proqramına müsahibə verən səfir Elman Abdullayev Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və mülki obyektlərin atəşə tutulduğunu, nəticədə 2 mülki şəxsin qətlə yetirildiyi və daha bir mülki şəxsin ağır yaralandığını bildirib.

Beynəlxalq ictimaiyyəti, o cümlədən Afrika ölkələrini bu cür qəddarlıq və qeyri-insani akta biganə qalmamağa çağıran səfir E.Abdullayev, artıq bir neçə beynəlxalq təşkilatın və ölkənin Ermənistanı bu qeyri-insani addımına görə qınadığına dair məlumat verib. 

E.Abdullayev xüsusi vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini rəhbər tutaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün beynəlxalq təşkilatlar və dünya dövlətləri səylərini əsirgəməməlidir.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.

Mövzu ilə əlaqədar oxuyun:

Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb

Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO

XİN: Ermənistan silahlı qüvvələrinin son təxribatı bu ölkənin terrorçu mahiyyətini bir daha sübut edir

S.Xankişiyeva

 

Paylaş:
851

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər