Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildiriblər ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının üçüncü nömrəsində dərc edilmiş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiqləməlidirlər.
İyulun 13-ü saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331-i seçim edərək ərizəsini təsdiqləyib.
Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.
1news.az
863