İlham Əliyev Latviyaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev Latviyaya səfər edəcək

09:29 - 13 / 07 / 2017
İlham Əliyev Latviyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev və bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.

Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.

Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
1126

Son xəbərlər

Bütün xəbərlər