Dünyanın ən məhşur sərgiləri ilk dəfə böyük ekranda Park Cinemada - FOTO -VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın ən məhşur sərgiləri ilk dəfə böyük ekranda Park Cinemada - FOTO -VİDEO

11:29 - 13 / 07 / 2017
Dünyanın ən məhşur sərgiləri ilk dəfə böyük ekranda Park Cinemada - FOTO -VİDEO

12 iyulda Park Cinema Flame Towers-da incəsənət haqda böyük ekranda sənədli filmlərə həsr olunmuş press-konfrans keçirilib.

“Bildiyiniz kimi, 7 il ərzində British Council Park Cinema ilə Avropa İttifaqının Azərbaycanın nümayəndəliyi tərəfindən keçirilən Avropa film festivalı layihəsi çərçivəsində əməkdaşlıq edir. Bu il isə British Council-ın təşəbbüsü ilə Park Cinemada yeni layihəyə start veririk. Belə ki, məhşur britaniyalı rejissor Fil Qrabskinin sərgi filmləri artıq böyük ekranda göstəriləcək.

İncəsənət haqda sənədli filmlərin böyük ekranda nümayişi ilk dəfə Böyük Britaniyada kerilib, hazırda bu filmlər Rusiya, Qazaxstan, Gürcüstan, Belarusiya, Ukrayna, Azərbaycan və digər ölkələr daxil olmaqla bütün dünyada böyük rəğbət qazanaraq göstərilir. Bakı sakinləri və qonaqlar üçün bu layihə incəsənətə daha yaxın olmaq şansı yaradır” – deyə Musa Axundov, Park Cinemanın Marketinq üzrə direktoru bildirib.

“Film-sərgilər böyük ekanlar üçün xüsusi yaradılıb. Onlar yüksək görüntü keyfiyyətinə malik olmaqla dahi rəssamların əsərlərinə sözün əsl mənasında yeni gözlə baxmaq imkanı yaradır. Leonardo da Vinçi, Yan Vemeyer və Vinsent Van Qoqun əsərləri artıq yalnız muzey eksponatı olmaqla kifayyətlənməyəcək! Fil Qrabskinin adı incəsənətə dəyər verənlər üçün yaxşı tanışdır: artıq neçə ildir ki, ardı-ardına Fil Qrabski TheatreHD dəstəyi ilə unikal layihələrini təqdim edir.

Bu cür sərgilərə qatılmaq şansı nəinki turistlər üçün, hətta bəzən yerli sakinlər üçün də əlçatmazdır (kilometrələrcə növbə, saatlarla gözləmə və s.)! Odur ki, Fil Qrabskinin olduqca gözəl lentə alınmış, həmçinin ekspert və ən yaxşı bələdçilərin işləri ilə tamamlanmış filmləri  - incəsənətlə maraqlananlar üçün əsl hədiyyədir” – deyə Elizabet Vayt, British Council-ın direktoru qeyd edib.

Konfransda, həmçinin, məhşur britaniyalı rejissor Fil Qrabskinin Azərbaycanda incəsənət sevərlər üçün ünvanladığı maraqlı ismarıc da təqdim olundu.

16 iyuldan hər bazar günü Bakı sakinləri Park Cinema Flame Towers-da dünya sərgilərinə səyahət edə biləcəklər.

Daha ətraflı cədvəl ilə parkcinema.az saytında tanış ola bilərsiniz.

Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

British Council — təhsil sahəsində mədəni əlaqələr və imkanları inkişaf etməkyə yönələn beynəlxalq Britaniya təşkilatıdır. Bugün biz Böyük Britaniya xalqı və digər ölkələr ilə dostluq və qarşılıqlı anlaşma qururuq. Böyük Britaniyanın mədəni resurslarından faydalanaraq biz fəaliyyət göstərdiyimiz ölkələrdə müsbət dəyişikliklərə imza atırıq – yeni imkanlar yaradaraq, əlaqələr quraraq və güvən qazanaraq həyatı dəyişirik.

Reklam hüququnda

 

Paylaş:
999

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər