Bakıda avtobus sürücüsü adam öldürdü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə iyulun 13-də saat 20 radələrində Binəqədi rayonu ərazisində qeydə alınıb.
Bel ki, dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Babək Cahandarov
1339