Türkiyənin bir qrup zabit heyəti Bakı, Gəncə, Şəki və Göygöldə olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyənin bir qrup zabit heyəti Bakı, Gəncə, Şəki və Göygöldə olub – FOTO

16:04 - 14 / 07 / 2017
Türkiyənin bir qrup zabit heyəti Bakı, Gəncə, Şəki və Göygöldə olub – FOTO

Ölkəmizdə səfərdə olan Türkiyənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.

1news.az-ın məlumatına görə, səfər Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən baş tutub.

Hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

Proqrama əsasən, Bakıda səfərdə olan qonaqlar ümummilli liderimiz Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Xalçaçılıq muzeyinə baş çəkərək burada toplanan zəngin sənət nümunələri ilə tanış olublar.

Qonaqlar xalqımızın zəngin mədəni irsi, Bakının qədim tarixi abidələri haqqında məlumatlandırılıb, son illər paytaxtımızda həyata keçirilən quruculuq və yenidənqurma işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, ölkəmizə təşkil olunan ongünlük səfər çərçivəsində Bakı, Gəncə, Şəki və Göygöldə olan türkiyəli zabitlər və onların ailə üzvləri xoş təəssüratlarla vətənə dönüblər.

Babək Cahandarov

Paylaş:
1360

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər