Azərbaycan diplomatı italyan parlamentarilərini tənqid edən erməni səfirinə cavab verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diplomatı italyan parlamentarilərini tənqid edən erməni səfirinə cavab verib

12:56 - 14 / 07 / 2017
Azərbaycan diplomatı italyan parlamentarilərini tənqid edən erməni səfirinə cavab verib

İtaliyanın bir qrup deputat və senatorlarının Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumunu və mülki azərbaycanlı əhalisinə qarşı təcavüzünü pisləyən bəyanatlar verməsi Ermənistanın İtaliyadakı səfiri Viktoriya Baqdasaryanı hiddətləndirib.

O, İtaliyanın “Formiche” onlayn qəzetində italyan parlamentarilərinin ünvanına tənqidi fikirlər səsləndirib, habelə Ermənistan ordusunun dinc azərbaycanlı əhalisinə qarşı törətdiyi cinayətlərə haqq qazandırmağa çalışıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, buna cavab olaraq “Formiche” onlayın qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin qəzetin redaksiyasına ünvanladığı məktubu dərc olunub.

Məktubda Azərbaycan səfiri bildirir ki, 25 ildən çoxdur Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 20 faiz ərazisini hərbi işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, minlərlə insanın ölümü, bir milyondan çox azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olan, müasir dövrün ən dəhşətli aktlarından biri olan Xocalı soyqırımını törədən bir ölkənin səfiri olaraq Viktoriya Baqdasaryanın dedikləri çox gülüncdür.

 “Əgər xanım Baqdasaryan vəziyyətdən narahatdırsa, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində zərər çəkmiş mülki əhali ilə öz həmrəyliyini nümayiş etdirən və heç bir günahı olmayan ikiyaşlı Zəhranın qətlini pisləyən italyan parlamentarilərinə hiddətlənmək əvəzinə, ölkəsinə rəhbərlik edən hərbi kriminal rejimindən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi də daxil olmaqla, beynəlxalq təşkilatların sənədlərində göstərildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməli, körpənin həyatını vaxtsız itirməsi ilə bağlı kədərini ifadə etməli idi. Həmişə qeyd etdiyimiz kimi, regionda gərginliyin başlıca mənbəyi, əsas hədəfi mülki azərbaycanlı əhali olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur”, - deyə Azərbaycan diplomatı fikirlərinə davam edir.

Səfir Məmməd Əhmədzadə erməni səfirinə xatırladır ki, Zəhra münaqişənin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 193 azərbaycanlı uşaqdan biridir və onlardan 63-ü Ermənistan silahlı qüvvələrinin bir gecə içərisində mülki azərbaycanlı əhaliyə qarşı qanlı qırğın həyata keçirdikləri Xocalıda qətlə yetirilib.

 “Hələ nə qədər günahsız insanların qanı axıdılmalıdır, nə qədər körpə qətlə yetirilməlidir ki, Ermənistan öz təcavüzkar siyasətindən əl çəksin? Erməni həmkarıma heç olmasa belə bir həssas vaxtda insanlıq nümayiş etdirməyi və bu günahsız uşaqların xatirəsinə hörmət etməyi məsləhət görərdim”, - deyə Azərbaycan səfiri fikirlərini tamamlayır.

S.Xankişiyeva

Paylaş:
1207

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər