Ermənilərin dinc insanları öldürülməsinə qarşı Vyanada aksiya | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin dinc insanları öldürülməsinə qarşı Vyanada aksiya

20:02 - 15 / 07 / 2017
Ermənilərin dinc insanları öldürülməsinə qarşı Vyanada aksiya

Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə Vyana şəhərinin mərkəzində yerləşən Vyana Dövlət Operasının önündə Ermənistanın növbəti təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Allahverdiyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə əlaqədar etiraz aksiyası keçirib.

1news.az xəbər verir ki, Avstriyada yaşayan Azərbaycan və türk diaspora fəallarının iştirakı ilə keçirilən aksiyada şəhər sakinləri və turistlərə alman və ingilis dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin törətdiyi fəlakətlər və regionun təhlükəsizliyi üçün doğurduğu fəsadlar barədə məlumat veriblər. Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heç bir atəş nöqtəsinin olmadığı mülki yaşayış məntəqələrinin, dinc əhalinin atəşə tutulması ən qatı cinayət əməlidir, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu vəhşilik aktına birmənalı münasibətini bildirməlidir.

Aksiyada Ermənistanın işğalçılıq və soyqırımı siyasətinə etiraz ifadə edən şüarlar səsləndirilib, 4 iyul təxribatı zamanı həlak olmuş 2 yaşlı Zəhra Quliyevanın fotoşəkillərindən ibarət plakatlar nümayiş etdirilib. Tədbirdə “Erməni işğalına son”, “Qarabağa ədalət” və “Mən Zəhrayam” kimi şüarlar səsləndiriblər.

Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər.

1news.az

 

 

 

Paylaş:
1370

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər