DAA Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması ratifikasiyası ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

DAA Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması ratifikasiyası ilə bağlı bəyanat yayıb

09:05 - 17 / 07 / 2017
DAA Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması ratifikasiyası ilə bağlı bəyanat yayıb

Dünya Azərbaycanlıları Assambleyası  (DAA) Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılması ratifikasiyası ilə bağlı bəyanat yayıb.

1news.az-a DAA-dan verilən xəbərə görə, bəyanatda deyilir:

“Rusiya Dumasının sədri, Volodin Viktoroviçə

Rusiya Dumasının üzvlərinə

Rusiya Federativ Respublikası Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsini dərin təəssüff hissi ilə qarşılayır, bu addımın Rusiya ilə Azərbaycanın tarixi və bugünki əməkdaşlıq ruhu ilə uyğun gəlmədiyini, bu qərarın Azərbaycan toplumunda böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracağından narahatlığımızı bildirir, eyni zamanda Rusiya ilə Azərbaycan münasibətlərinə sərin küləklər əsdirəcəyini şübhəsiz hesab edirik.

Azərbaycanla Rusiya illərdir strateji partnyordur. Rusiyanın özünün də rəsmi olaraq qəbul etdiyi kimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmiş, milyonlarla insan öz doğma torpağından didərgün düşmüşdür. Belə olduğu halda Rusiyanın işğalçı ölkəyə hərbi dəstəyini nə ilə əlaqələndirə bilərik? Bununla Rusiya dövləti hansı mesajı vermək istəyir? Məlum olduğu kimi, illərdir Rusiya beynəlxalq miqyasda müxtəlif qurumlar tərəfindən diplomatik və siyasi təzyiqlər altındadır, belə olduğu halda özünün strateji və etibarlı partnyoru Azərbaycanın dost Rusiyaya hansı münasibət göstərdiyinin isbata ehtiyacı yoxdur.

Hesab edirik ki, bucür qərarlar verilirkən Rusiya yaxın qonşusunun, regiondakı strateji və etibarlı partnyorunun maraqlarını nəzərə almalıdır.

Dünyanın 30-a yaxın ölkəsində azərbaycanlıları təmsil edən beynəlxalq təşkilat olaraq ratifikasiya  qərarından dərin təəssüffləndiyimizi bir daha bildirir, regiondakı əsas partnyorlarımızdan və dostlarımızdan biri Rusiya dövlətini bucür həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir , ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq”.

S.Xankişiyeva

Paylaş:
859

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər