Sarkisyan: "Rusiyanın Azərbaycana silah satması əməkdaşlığımızın ən ağrılı tərəfidir" | 1news.az | Xəbərlər
Siyasət

Sarkisyan: "Rusiyanın Azərbaycana silah satması əməkdaşlığımızın ən ağrılı tərəfidir"

09:27 - 17 / 07 / 2017
Sarkisyan: "Rusiyanın Azərbaycana silah satması əməkdaşlığımızın ən ağrılı tərəfidir"

Rusiyanın Azərbaycana silah satması Ermənistan Rusiya dostluğunun, hərbi əməkdaşlığının, ümumiyyətlə ikitərəfli əməkdaşlığın ən ağrılı tərəfidir.

1news.az "aysor.am"a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan müsahibəsində bildirib.

O deyib ki, bu, bir çox məsələlərin üzərinə kölgə salır:

“Ancaq digər tərəfdən bir çox hallar mövcuddur ki, ola bilsin ki, bizim üçün qəbuledilməzdir, amma digərləri üçün qəbulediləndir.

Hələ ki, ciddi heç nə baş verməyib. Əgər hansısa anda bu, ciddi nəticələrə gətirib çıxarsa, onda günahlandırmaq olar. Ciddi nəticələr olmayacaqsa, biz buna Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzunmüddətli siyasi fəaliyyət kimi baxmalıyıq”. 

Pərvanə Sultanova

Paylaş:
782

Son xəbərlər

Bütün xəbərlər