Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib - FOTO
Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən ağır silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması ilə bağlı Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti (NRW) tərəfindən iyulun 16-da Bielefeld şəhərinin mərkəzi küçəsi Jahnplatzda mitinq keçirilib. Füzuli rayonun Alıxanlı kənd sakini Zəhra və Xocalı şəhidləri anılıb.
Təcavüzkar Ermənistan dünya ictimaiyyətinə bir daha ifşa edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mitinqdə Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bielefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz Alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər.
S.Xankişiyeva