Azərbaycan,Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonunda görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan,Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonunda görüşəcək

10:29 - 17 / 07 / 2017
Azərbaycan,Türkiyə və Türkmənistan prezidentləri bu ilin sonunda görüşəcək

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Qurbanqulu Berdıməhəmmədov bu ilin sonuna qədər Aşqabadda görüşəcəklər.

1news.az xəbər verir ki, bu barədə “Sputnik”ə Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşündən əvvəl xarici işlər nazirləri və üç ölkənin energetika nazirlərinin görüşü nəzərdə tutulub. Bu görüşdə isə dövlət başçılarının sammitin detalları müzakirə olunacaq.

Qeyd edək ki, üç ölkənin liderlərinin 2016-ci ilin oktyabrında görüşü nəzərdə tutulsa da, sonradan  təxirə salındı.

Pərvanə Sultanova

 

Paylaş:
1013

Son xəbərlər

Bütün xəbərlər