Novruz Məmmədov: Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir

12:19 - 17 / 07 / 2017
Novruz Məmmədov: Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir

Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

“Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi isə işğal altındadır. Nəticədə 1 milyondan artıq sakin qaçqın və məcburi köçkünə çevrilib. Lakin nədənsə problemi “dondurulmuş münaqişə” kimi görmək cəhdləri zəifləmir. Əminliklə demək olar ki, bu münaqişə geosiyasi oyunların nəticəsidir".

Onun sözlərinə görə, nə qədər ki bu oyunlar davam edəcək, nəticə dəyişməyəcək:

“Gürcüstan, Moldova və Ukrayna bunun əyani sübutudur. Dağlıq Qarabağdakı “dondurulmuş” münaqişə hər an yenidən alovlana bilər. Hərçənd ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının əleyhinə çıxış edirlər, lakin nədənsə birmənalı mövqe nümayiş etdirmirlər. Biz həmsədr ölkələrdən, həmçinin beynəlxalq ictimaiyyətdən münaqişənin ədalətli yolla həlli üçün konkret addımlar gözləyirik”.

S.Xankişiyeva

Paylaş:
911

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər