Bakıda sexdə güclü partlayış olub: ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sexdə güclü partlayış olub: ölən və yaralanan var

13:22 - 18 / 07 / 2017
Bakıda sexdə güclü partlayış olub: ölən və yaralanan var

Bakıda yerləşən sexlərdən birində güclü partlayış olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Yasamal rayonunda birmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 55 m2 olan 4 otaqdan ibarət dərzi sexində qeydə alınıb.

Partlayış nəticəsində baş vermiş yanğın nəticəsində sexin 3 otağının yanar konstruksiyaları 45 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub.

Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
647

Son xəbərlər

Bütün xəbərlər