Azərbaycanda qanunsuz yaşayan 12 əcnəbi saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qanunsuz yaşayan 12 əcnəbi saxlanılıb

16:16 - 18 / 07 / 2017
Azərbaycanda qanunsuz yaşayan 12 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti(DMX) tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçirilmiş tədbirlər zamanı ölkə ərazisində qanunsuz yaşayan 12 əcnəbi saxlanılıb.

1news.az-ın DMX-yə istinadən verdiyi xəbərə görə, onlardan 5-i Pakistan İslam Respublikası, 2-si Hindistan Respublikası, 2-si Nepal Krallığı, 1-i Syerra-Leone Respublikası, 1-i Nigeriya Federativ Respublikası vətəndaşıdır, 1 nəfər ikili vətəndaşlığı (Fələstin və İordaniya Həşimi Krallığı) olan şəxsdir.

Araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada Azərbaycan Respublikasının ərazisindən çıxarılan və ölkə ərazisinə girişinə məhdudiyyət qoyulan Pakistan vətəndaşı özünü Vasim kimi təqdim edən Zıkar Ullah tərəfindən 5 nəfər həmyerlisinin (Hussain Muhammad Waqar, Ahmad Sarfraz, Haidar Irfan, Ali Faizan, Ahmed Shakeel), 2 nəfər Hindistan vətəndaşının (Ravinder Kumar, Mandal Bhairab) və 2 nəfər Nepal Krallığı vətəndaşının (K C Sunil, Shrestha Anu) işə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsi məlum olub.

Adları çəkilən  9 nəfəri Azərbaycanda qarşılayan Zıkar Ullah müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdə həmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib və onlara respublikada müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmçinin həmin  şəxsləri işlə təmin edəcəyinə vəd verib.

Qeyd olunub ki, qanunsuz miqrasiya kanalının təşkilatçısı olan Zıkar Ullahın toruna düşən daha 43 şəxs bir müddət əvvəl DMX tərəfindən aşkar edilərək respublikanın hüdudlarından kənara çıxarılıb.

Saxlanılmış Syerra-Leone vətəndaşı Banya Sama Kai və Nigeriya vətəndaşı Eze Chukuemeka isə Azərbaycan Texniki Universitetinin tələbələri olaraq DMX-dən müvəqqəti yaşama icazəsi alıb, lakin uni­ver­si­tet­dən xaric edildikdən sonra ölkəni tərk etməyərək qanunsuz miqranta çevriliblər.

Bundan əlavə, keçirilmiş tədbir zamanı saxlanılmış ikili vətəndaşlığı olan Jebreen M.S. Awadın Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olduğu, sonradan işləmək məqsədi ilə Azərbaycana qayıtdığı məlum olub. Jebreen M.S. Awad ona iş və müvəqqəti yaşama icazəsi alınması məqsədilə “Ok tour” turizm şirkəti ilə razılaşıb və çalışmadığı “Md international” MMC-dən müvafiq icazələr əldə edib. Lakin sonradan həmin MMC-nin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq Jebreen M.S. Awad dostlarının köməyi ilə Azərbaycanda daşınmaz əmlak sahibi kimi müvəqqəti yaşama icazəsinin alınmasına nail olub.

Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miq­rantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Babək Cahandarov

Paylaş:
614

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər